Boliviya və Paraqvay 88 ildən sonra sərhədin demarkasiyasını təsdiqləyib

Boliviya və Paraqvay 88 ildən sonra sərhədin demarkasiyasını təsdiqləyib

16:27
Bəyəndim (1) Bəyənmədim (0)

Paraqvay və Boliviya nümayəndələri La-Pasda keçirilən iclasda iki ölkə arasındakı sərhədin tam demarkasiyasını (dövlət sərhəd xəttinin müəyyənləşdirilməsi – red.) təsdiqləyiblər. Oxuməni. az xəbər verir ki, bu barədə ispandilli “La Nación” qəzeti məlumat yayıb. Proses 88 il davam edib.

Saziş 742 kilometr uzunluğunda sərhədin hüquqi və fiziki olaraq dəqiqləşdirilməsinə imkan verir. Sərhədin 38 kilometrlik hissəsi çaylar boyunca uzanır. Tərəflərin imzaladığı sənəddə bu qərar 1938-ci ildə başlanmış tarixi prosesin yekunu kimi qiymətləndirilir.

Xatırladaq ki, tərəflər 1932-1935-ci illərdə baş vermiş Çako müharibəsi başa çatdıqdan sonra sərhədin demarkasiyasını müzakirə etməyə başlayıblar. La Nación qeyd edir ki, fiziki işlər başa çatdıqdan sonra Boliviya və Paraqvay Cənubi Amerikada sərhədi tam demarkasiya edilmiş yeganə dövlətlər olacaq.

Almaz Həsənli