Rusiya Ukrayna qatarına ən müasir kamikadze dronları ilə zərbə endirib

Rusiya Ukrayna qatarına ən müasir kamikadze dronları ilə zərbə endirib

16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusu Volın bölgəsinin Rımaxı şəhərində bir qatara zərbə endirib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi jurnalistlər üçün keçirilən gündəlik brifinqdə bəyan edib.

Nazirlik qeyd edib ki, qatarlara ən müasir Geran-4 Seeker dronları ilə hücum edilib. Müdafiə Nazirliyi hücumu qatarın xarici istehsal dronları və onların komponentləri də daxil olmaqla hərbi yük daşıdığı ilə izah edib.

Əvvəllər Rusiya hərbi qüvvələrinin Ukrayna qüvvələri tərəfindən istifadə edilən enerji və nəqliyyat infrastrukturu obyektlərinə hücum etdiyi bildirilirdi. Zərbələrə taktiki təyyarələr, hücum dronları, raketlər və artilleriya cəlb olunmuşdu.

Əziz MUSTAFA