Rusiyada məhkum edilmiş özbək qadınlarının uşaqları vətənlərinə qaytarılıb
Mordoviya Respublikası və Samara vilayətindəki islah müəssisələrində cəza çəkən Özbəkistan vətəndaşlarının yetkinlik yaşına çatmayan uşaqları Rusiyadan Özbəkistana qaytarılıb. Uşaqlar Mordoviyadakı islah müəssisəsindəki uşaq evində saxlanılırdı. Oxuməni.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyevin verdiyi məlumata görə, ümumilikdə üç uşaq qaytarılıb: iki qız - biri 4 yaşında, digəri 2,5 yaşında - və bir yaşlı oğlan uşağı. Repatriasiyadan əvvəl diplomatlar uşaqların vətəndaşlığını təsdiqləyib, Özbəkistanda qohumlarının olub-olmadığını müəyyən edib və lazımi sənədləri hazırlayıblar. Müvafiq sənədlər səlahiyyətli Rusiya orqanlarına təqdim edilib.
Uşaqların qaytarılmasını Özbəkistanın Kazandakı Baş Konsulluğu təşkil edib. Onları səyahət boyunca Özbəkistandan ezam olunmuş diplomatlar və Daxili İşlər Nazirliyinin əməkdaşları müşayiət edib. Xarici İşlər Nazirliyi qeyd edib ki, Baş Konsulluq Rusiya islah müəssisələrindəki uşaq evlərində saxlanılan özbək uşaqlarının qaytarılması ilə sistemli şəkildə məşğul olur.
Əziz Mustafa




















































































