Şotlandiyada gənclərin 75%-i Britaniyadan ayrılaraq müstəqil dövlət qurmaq ideyasının dəstəkləyir
Şotlandiyadakı gənclərin təxminən 70-75%-i Britaniyadan müstəqilliyi dəstəkləyir. Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya Leyborist Partiyasının lideri Corc Qallouey Moskvada keçirilən "Sovinternet: Ya siyasətlə məşğul oluruq, ya da siyasət bizi cəlb edir" beynəlxalq müzakirəsinidən sonra TASS-a müsahibəsində bildirib.
"2014-cü il referendumunda biz 55%-ə qarşı 45%-lik fərqlə qalib gəldik. Bu 55%-lik qələbə əsasən mənim yaşıdlarımın bizə verdiyi dəstəyin nəticəsi idi. Belə insanların sayı hər il azalır. Gənclərin böyük əksəriyyəti Şotlandiyanın müstəqilliyini dəstəkləyir - bəlkə də 70% və ya 75%. Ona görə də Şotlandiyanın müstəqil olacağını desəm, buna inanmağa dəyər", - deyə referendum zamanı Şotlandiyanın müstəqilliyinə qarşı çıxan siyasətçi bildirib.
Siyasətçi altı övladı olduğunu və gənclər və onların valideynləri ilə daim əlaqə saxladığını bildirib. "Artıq heç kim Böyük Britaniyanın tərkibində qalmaq ideyasını dəstəkləmir", - deyə Qallouey əlavə edib və Britaniya dövlətinin taleyinin həll olunduğunu qeyd edib.
Bazar ertəsi günü Şimali İrlandiya, Uels və Şotlandiya liderləri öz müqəddəratını təyin etmək haqqında anlaşma memorandumu imzalayıblar. Sənəddə bu bölgələrin xalqlarının öz gələcəklərini müəyyən etmək hüququ təsbit olunub. Orada deyilir ki, onlar gələcəklərini Avropa Birliyinin bir hissəsi kimi təsəvvür edirlər.
Əziz MUSTAFA




















































































