Tramp: Kennedi Mərkəzinin təhlükəsizlik səbəbi ilə bağlanması qərara alınıb
Direktorlar şurası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin adını daşıyan İfaçılıq Sənəti Mərkəzinin bərpa işlərinə başlamaq üçün bağlanması barədə qərar qəbul edib. Qərar təhlükəsizlik mülahizələrinə əsasən verilib. Oxuməni. az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bağlanma dərhal baş verəcək; lakin yenilənmə və rekonstruksiya işləri – genişmiqyaslı və mürəkkəb bir layihə – Kolumbiya dairəsinin Apellyasiya Məhkəməsi qərar çıxarana qədər başlaya bilməz", – deyə məlumatda bildirilir.
Tramp əlavə edib ki, mərkəzin fəaliyyətini dəstəkləmək üçün təxminən 17 milyon dollar vəsait köçürülüb.
Avqustun sonunda Tramp bildirmişdi ki, binanın fasadında hazırkı prezidentin adı qeyd olunmasa, mərkəz sökülməli olacaq. Həmçinin, Amerika lideri məhkəmədən mərkəzin yenilənməsi layihəsini bloklamamağı xahiş etmişdi, çünki bu işlərdən imtina edilməsi binanın vəziyyətini pisləşdirə və onun sökülməsini yeganə mümkün həll yoluna çevirə bilər.
İyunun 9-da Kennedi Mərkəzi məhkəmənin qərarı ilə öz veb-saytındakı loqodan Trampın adını çıxarıb. Məhkəmə, həmçinin ABŞ prezidenti tərəfindən təyin edilmiş direktorlar şurasının daha əvvəl təsdiqlədiyi 257 milyon dollarlıq "Dirçəliş Layihəsi" çərçivəsində mərkəzin iki illik rekonstruksiya üçün bağlanmasını müvəqqəti olaraq bloklamışdı.
Almaz Həsənli



















































































