Vens ABŞ-İran müharibəsində yeni mərhələnin başladığını elan edib

Vens ABŞ-İran müharibəsində yeni mərhələnin başladığını elan edib

18:19
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın İranla müharibəsi yaxın bir neçə ay ərzində "tamamilə fərqli bir mərhələyə" qədəm qoya bilər. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti C.D. Vens *New York Post* qəzetinə müsahibəsində bildirib.

Vens qeyd edib ki, münaqişənin gələcək gedişatını dəqiq proqnozlaşdırmaq mümkün deyil, lakin o, ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra baş verə biləcək dəyişikliklərlə bağlı prezident Donald Trampın qiymətləndirməsi ilə razılaşıb.

Vitse-prezidentin sözlərinə görə, hərbi əməliyyatlara başlamaq və ya onları başa çatdırmaq qərarı Ali Baş Komandan kimi prezidentin səlahiyyətindədir. Vens həmçinin bildirib ki, ABŞ hazırda İrana qarşı hücum əməliyyatları aparmır.

O əlavə edib ki, İran vaxtaşırı olaraq ticarət gəmilərinə atəş açır, baxmayaraq ki, bu cür hücumların əksəriyyəti hədəfə dəymir. Vens xüsusilə Hörmüz boğazını qeyd edərək bildirib ki, boğazdan keçən gəmiçilik həcmi müharibədən əvvəlki səviyyənin yarısından çoxuna bərpa olunub.

Bu arada, sentyabrın ABŞ Nümayəndələr Palatası Konqresin əlavə icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlarda ABŞ-ın iştirakına son qoyulmasını tələb edən qətnamənin lehinə üçüncü dəfə səs verib. Təşəbbüs Konqresin 220 üzvü tərəfindən dəstəklənib, 204 nəfər isə əleyhinə səs verib.

Əziz MUSTAFA