Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv etdi

Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv etdi

09:45
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya kansleri Fridrix Merz gələn həftə Nyu-Yorka planlaşdırılan səfərini ləğv edib. O, bu səfər zamanı BMT Baş Assambleyasının (BMT BA) yüksək səviyyəli tədbirlərində iştirak etməli idi. Oxuməni.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyinin Almaniya hökumət mənbələrinə istinadən yaydığı məlumatda deyilir.

Mənbələr qeyd ediblər ki, "İlkin planların əksinə olaraq, kanslerin Berlində qalması vacib olduğundan o, gələn həftə Nyu-Yorka getməyəcək".

Kanslerin BMT Baş Assambleyasındakı çıxışı 23 sentyabra planlaşdırılırdı. Lakin 20 sentyabrda Berlin və Meklenburq-Ön Pomeraniyada onun üçün həlledici ştat seçkiləri keçiriləcək. Ekspertlər hesab edirlər ki, onların nəticələri Merzin siyasi gələcəyini müəyyən edə bilər. Gələn həftənin əvvəlində Xristian Demokrat İttifaqının (CDU) idarəetmə orqanları və Bundestaqdakı CDU/CSU fraksiyası görüşəcək.

Berlində keçirilən sorğular CDU ilə Sol Partiya arasında birincilik uğrunda gərgin mübarizənin olacağını proqnozlaşdırır, Meklenburq-Ön Pomeraniyada isə Xristian Demokratlar tarixlərində ilk dəfə olaraq ştat parlamentinə düşə bilməmək riski daşıyır.

Əziz Mustafa