CBS İranın hücumlarından sonra ABŞ bazalarındakı dağıntıların şəkillərini yayımlayıb-Foto

CBS İranın hücumlarından sonra ABŞ bazalarındakı dağıntıların şəkillərini yayımlayıb-Foto

11:45
Bəyəndim (1) Bəyənmədim (0)

CBS News, İranın hücumları nəticəsində Yaxın Şərqdəki çoxsaylı ABŞ mövqelərində binaların və nəqliyyat vasitələrinin dağıdılmasını əks etdirən fotoşəkillər yayımlayıb.

Oxuməni. az xəbər verir ki, telekanalın məlumatına görə, şəkillər hazırda xidmətdə olan amerikalı hərbçilərdən əldə edilib.

Hərbçilərdən biri bildirib: "Bu, bazalarımıza vurulan və Amerika ictimaiyyətinə açıqlanmayan ciddi zərərdir. Biz orada gözlərimiz bağlı dayanmışıq və üzümüzə zərbə endirilir".

Fotoşəkillərdən birində Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında dörd mühərrikli "Boeing E-3 Sentry" təyyarəsinin quyruq hissəsinə birbaşa zərbə endirildiyi əks olunub. Bazada çəkilmiş digər şəkillərdə isə dağıdılmış binalar və kazarmalar görünür.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens sentyabrın 15-də "New York Post"a verdiyi açıqlamada bildirib ki, bir neçə aydan sonra İrandakı münaqişə yeni mərhələyə qədəm qoyacaq. O, münaqişənin Konqresə keçiriləcək aralıq seçkilərdən "dərhal sonra" bitəcəyini qeyd edib və əlavə edib ki, ABŞ prezidenti Donald Tramp ali baş komandandır, deməli, məhz o, münaqişələrin nə vaxt başlayıb-bitəcəyini bilir.

Almaz Həsənli