Rusiya Ermənistana qaz tədarükünü dayandıracaq

Rusiya Ermənistana qaz tədarükünü dayandıracaq

14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan Ermənistana qaz tədarükü sentyabrın 15-dən etibarən Rusiya ərazisində aparılacaq təmir işləri ilə əlaqədar dayandırılacaq. Oxuməni.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti özünün Telegram kanalında məlumat yayıb.

"Rusiya Federasiyası ərazisindəki "Şimali Qafqaz – Zaqafqaziya" magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar, sentyabrın 15-dən 25-dək qeyd olunan qaz kəməri vasitəsilə Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq", - deyə məlumatda bildirilir.

Bu 10 gün ərzində Ermənistan istehlakçılarının qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına məhdudiyyətsiz şəkildə həyata keçiriləcək.

Bundan əvvəl respublikanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan böyük həcmdə qaz tədarükü üçün alternativ marşrutlar və mənbələr axtaracaq. O qeyd edib ki, belə təchizatçıların sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.

Almaz Həsənli