Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1000 dolları keçib
Sentyabrın 14-də Londonun ICE birjasında qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq min kubmetr üçün 1000 dollar həddini keçib.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Londonun ICE birjasının məlumatları təsdiqləyir.
Niderlandın TTF habında oktyabr fyuçersinin dəyəri min kubmetr üçün təxminən 1004 dollara qədər yüksəlib.
Avropanın əsas ticarət hablarında qazın spot qiymətləri hələ ötən həftə 1000 dolları keçmişdi. Xüsusilə, TTF habında "növbəti gün" çatdırılma ilə qazın qiyməti 1005 dollara çatmışdı. Avropada qaz kotirovkaları anbarlardakı aşağı ehtiyatlar və Yaxın Şərqdəki münaqişə səbəbindən artır.
Almaz Həsənli
Digər xəbərlər




















































































