"Real" ikinci liqa komandası "Albasete"yə sensasiyalı şəkildə uduzaraq İspaniya Kubokundan kənarda qaldı
Madridin "Real" klubu 2025/26 mövsümünün İspaniya Kuboku turnirində çıxışını başa vurub.
"Oxuməni.az"ın məlumatına görə, "Real" İspaniya Kubokunun 1/8 final mərhələsində keçirilən oyunda "Albasete"yə 2:3 hesabı ilə məğlub olub.
Bu, Alvaro Arbeloa üçün "Real"ın baş məşqçisi kimi ilk oyunu idi. O, həftə ərzində Xabi Alonsonu əvəz etmişdi. Alonso isə İspaniya Superkuboku uğrunda "Barselona"ya 2:3 hesabı ilə uduzduqdan sonra istefaya göndərilmişdi.
Ölkə çempionatının ikinci liqasında çıxış edən "Albasete" üçün bu qələbə tarixdə "Real" üzərində ilk qələbəsi oldu. Üstəlik, komandalar arasındakı son görüş 20 il əvvəl baş tutmuşdu.
Hava şəraiti də oyuna öz təsirini göstərdi: birinci hissə boyu "Albasete" stadionunda qatı duman hökm sürürdü, bu səbəbdən oyunçuları hətta yayımda belə görmək çətin idi.
Beləliklə, "Real" İspaniya Kubokunda qələbəsiz seriyasını davam etdirdi - klub sonuncu dəfə bu kuboku 2023-cü ildə qazanıb. 2025-cü ildə isə finalda məğlub olublar.
"Real" İspaniya Kubokunda 2021-ci ildən bəri belə erkən mərhələdə mübarizəni başa vurmamışdı. O zaman Madrid təmsilçisi 1/16 finalda üçüncü liqa komandası "Alkayano"ya 1:2 hesabı ilə uduzmuşdu.
Növbəti matçda "kral"lar 17 yanvarda çempionatda "Levante" ilə qarşılaşacaqlar. 20-də isə onları Çempionlar Liqasında "Monako" gözləyir.
Almaz Həsənli


























































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)











.jpg)





















