Maçado Nobel Sülh Mükafatı medalını Trampa hədiyyə edib
ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını Venesuela müxalifətçisi Mariya Korina Maçadodan qəbul edib. Fox News bu barədə məlumat verib.
"Ağ Ev rəsmilərindən Maçadonun prezidentə Nobel Sülh Mükafatı medalını təqdim etməkdə israr etdiyi və onun bunu qəbul etdiyi barədə məlumat alıram", - aparıcı Bret Bayer Fox News-da bildirib.
15 yanvarda Maçado Trampla görüşündə ona Nobel Sülh Mükafatını təqdim etdiyini açıqlayıb, lakin Amerika liderinin onu qəbul edib-etmədiyini dəqiqləşdirməyib.
Ağ Ev əvvəllər Maçadonun Nobel Sülh Mükafatını ona təhvil verməsini istəmədiyini bildirmişdi.
2025-ci il Nobel Sülh Mükafatı xanım Maçadoya "Venesuela xalqının demokratik hüquqlarının təmin edilməsi üçün yorulmaz işinə" görə verilib. Mükafata namizədlər arasında sülhməramlı səylərinə görə dəfələrlə buna layiq olduğunu bildirən Donald Tramp da var idi. ABŞ-ın Venesuelada hərbi əməliyyatından sonra müxalifət lideri mükafatını prezidentə təhvil verməyə hazır olduğunu bildirib. Nobel Komitəsi bu təklifə etiraz edib.
Əziz MUSTAFA














.jpg)
.jpg)
.jpg)





.jpg)










































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)















