BƏƏ Azərbaycan mallarının alışını ikiqat artırıb

BƏƏ Azərbaycan mallarının alışını ikiqat artırıb

Bəyəndim (2) Bəyənmədim (0)


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ötən ilin 2025-ci ilin 11 ayında Azərbaycandan 105,9 milyon dollarlıq qeyri-neft məhsulları alıb. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur və rəqəmlərlə Azərbaycanın ümumi ixracının 3,19%-ni təşkil edir. Bu barədə “Trend” xəbər verir.
Beləliklə, hesabat dövründə BƏƏ Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr arasında altıncı yerdə qərarlaşıb.
Ümumilikdə, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard dollarlıq ticarət həyata keçirib, ticarəti 1,480 milyard dollar və ya 3,4% artırıb. Bu zaman BƏƏ Azərbaycan məhsullarının ən böyük idxalçı ölkələri siyahısında altıncı yerə yüksəlib.
Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 23,401 milyard dolları ixrac, 21,188 milyard dolları isə idxal olub. Nəticədə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb.
Oxuməni.az