Ağ Ev: "Müsəlman Qardaşları"nın terror təşkilatı kimi tanınması ABŞ təhlükəsizliyini gücləndirəcək

Ağ Ev: "Müsəlman Qardaşları"nın terror təşkilatı kimi tanınması ABŞ təhlükəsizliyini gücləndirəcək

15:24
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidentinin Afrika və Ərəb Məsələləri üzrə Baş Müşaviri Massad Bulos bildirib ki, Dövlət Departamentinin beynəlxalq islamçı hərəkatın "Müsəlman Qardaşları"nın Livan, Misir və İordaniya filiallarını terror təşkilatları kimi tanınması qərarı Amerika təhlükəsizliyini gücləndirməli və Yaxın Şərq tərəfdaşları ilə terrorizmə qarşı mübarizədə birgə işi asanlaşdırmalıdır.

"ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında biz "Müsəlman Qardaşları"nın filiallarını terrorçu qruplar olduqları üçün təyin edirik. ABŞ və regional tərəfdaşlarımız bu ciddi təhlükəni və ciddi tədbirlərə ehtiyac olduğunu anlayırlar." Bulos X-də yazıb: "Dövlət katibi Marko Rubio Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün güzəştsiz standartlar müəyyən edir".

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Livan, Misir və İordaniyadakı "Müsəlman Qardaşları"nın filiallarını terror təşkilatları kimi tanıyacağını açıqlamışdı.
Əziz MUSTAFA