
Netanyahu: İsrail tezliklə bir neçə ərəb ölkəsi ilə sülh sazişi imzalayacaq
İsrailin baş naziri Benyamin Netanyahu ümid edir ki, yəhudi dövləti tezliklə bir neçə ərəb ölkəsi ilə sülh sazişi imzalayacaq. Oxuməni.az xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
Siyasətçinin dediyi kimi, İrana qarşı hərbi əməliyyatla əlaqədar Təl-Əvivin ərəb qonşuları “rahat nəfəs alıblar”. Bu ölkələrin bəziləri ilə artıq sülh bağlanıb, bəziləri ilə isə tezliklə müqavilələrin imzalanması gözlənilir.
İsrail baş nazirinin sözlərinə görə, İranın nüvə obyektlərinə zərbələr endirilən vaxt İslam Respublikası bir neçə ay ərzində atom bombası yarada bilərdi. Bununla belə, Netanyahu vurğulayıb ki, zərbələr nəticəsində Tehranın nüvə proqramı “bir neçə il” geri çəkilib.
Almaz Həsənli
Digər xəbərlər