
Rusiya rusiyalıların Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost hərəkət kimi qiymətləndirir
Rusiya Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost hərəkət kimi qiymətləndirir. İrəvana ziddiyyətlərin aradan qaldırılması üçün konkret addımlar təklif olunub, Moskva reaksiya gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Biz Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndiririk”, o vurğulayıb.
Onun sözlərinə görə, bu, Moskva ilə İrəvan arasında münasibətlərin xarakterinə ziddir.
XİN rəsmisi əlavə edib ki, Ermənistanın "qara siyahıları" mövzusuna "olduqca tez-tez" şərh verməli olurlar.
Bu məsələ Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun may ayında Ermənistan Respublikasına səfəri zamanı xarici işlər nazirləri tərəfindən müzakirə edilib. Erməni tərəfinə konkret addımlar təklif olunub, ona görə də biz Yerevanın reaksiyasını gözləyirik, - Zaxarova bildirib.
Almaz Həsənli