
Windows 11 dünyada ən populyar masaüstü əməliyyat sistemi oldu
Windows 11, masaüstü əməliyyat sistemləri bazarında qlobal pay baxımından ilk dəfə Windows 10-u geridə qoydu. “StatCounter”-in məlumatına görə, 2025-ci ilin iyul ayına olan məlumata əsasən, bazarın 52%-i ona məxsusdur, Windows 10-un payı isə 44,59%-dir. Bu, Windows 10-un rəsmi dəstəyinin 14 oktyabr 2025-ci ildə başa çatmasına dörd aydan az bir müddət qalmış baş verdi.
Windows 11 hələ 2021-ci ildə təqdim edilsə də, yayılması sələfinə nisbətən xeyli yavaş oldu. Windows 10-un 400 milyon quraşdırmaya çatması bir il çəkdi, Windows 11 isə bu səviyyəyə yalnız iki ilə çatdı. Bunun səbəbi sistem tələblərinin yüksək olması idi: əməliyyat sistemi köhnəlmiş prosessorları və sertifikatlaşdırılmamış təhlükəsizlik komponentləri olan bir çox cihazı dəstəkləmir.
Microsoft istifadəçiləri yeni sistemə keçməyə təşviq etməyə davam edir, həm pulsuz yeniləmələr, həm də pullu variantlar təklif edir, lakin Windows 10 istifadəçilərini də unutmur. OneDrive vasitəsilə bulud ehtiyat nüsxəsini aktivləşdirdikdə, istifadəçilər ödənişsiz olaraq əlavə bir il Windows 10 yeniləmələri əldə edə biləcəklər, əks halda dəstək üçün 30 dollar ödəməli olacaqlar.
Almaz Həsənli