ABŞ Yaponiya və Cənubi Koreyadan gələn mallara gömrük rüsumları tətbiq edəcək

ABŞ Yaponiya və Cənubi Koreyadan gələn mallara gömrük rüsumları tətbiq edəcək

07:59
Bəyəndim (1) Bəyənmədim (0)

Avqustun 1-dən ABŞ Yaponiya və Cənubi Koreyadan Amerika bazarına idxal edilən bütün mallara 25%-lik vahid rüsum tətbiq edəcək. Bu barədə ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində məlumat verib.

"Biz bu ölkələrdən gələn tarif və qeyri-tarif maneələri nəticəsində yaranan ticarət kəsirlərinə son qoymalıyıq. Buna görə də bütün daxil olan mallara 25% tarif tətbiq edirik" deyə o yazıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, Yaponiya və Cənubi Koreyanın cavab tədbirləri görəcəyi təqdirdə ABŞ tarifləri daha da artırmaq hüququnu özündə saxlayacaq.

Aprel ayında Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal malları üzrə 10%, bəzi ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya ölkələrinin liderləri Trampın qərarını pisləyib, cavab tədbirləri ilə hədələyiblər.

İyul ayında Tramp bildirib ki, ABŞ BRİKS siyasətini dəstəkləyən ölkələrə 10% əlavə ticarət tarifləri tətbiq edəcək. Onun sözlərinə görə, BRİKS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10% rüsum tətbiq olunacaq. Eyni zamanda Tramp istisnaların olmayacağını vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az