Axios: ABŞ və Ukrayna sülh razılığına gəlib, Rusiyanın cavabını gözləyir
ABŞ prezidenti Donald Trampın müşavirləri, xüsusi nümayəndə Stiv Uitkoff və baş müşavir və Trampın kürəkəni Cared Kuşner, 7-8 yanvar tarixlərində Parisdə Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşərək Ukraynadakı müharibənin həlli üçün ABŞ-ın sülh planını müzakirə ediblər. Bu barədə Qərb və beynəlxalq KİV-lər ABŞ administrasiyasına yaxın mənbələrə istinadən məlumat yayıb.
Danışıqlar Parisdə ABŞ, Ukrayna və Böyük Britaniya, Fransa və Almaniya liderləri daxil olmaqla Avropa ölkələrinin nümayəndələri arasında keçirilən iki günlük müzakirələrdən qısa müddət sonra baş tutub. Bu məsləhətləşmələrin məqsədi Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı yanaşmaları razılaşdırmaq və vahid Qərb mövqeyi formalaşdırmaq idi.
Mənbələrin qeyd etdiyinə görə, Vaşinqton və Kiyev sülh planının əsas müddəaları üzrə demək olar ki, tam razılığa gəliblər və hazırda Ağ Ev Rusiya prezidenti Vladimir Putindən Moskvada bu təklifi nəzərdən keçirməyə hazır olub-olmaması barədə aydın cavab gözləyir.
“Axios”-un məlumatına görə, Moskva tərəfi hələlik ABŞ və Ukraynanın hazırladığı planı ciddi müzakirə etməyə və ya qəbul etməyə hazır olduğuna dair heç bir ictimai əlamət göstərməyib. Bununla belə, Ağ Ev rəsmiləri mətbuat üçün danışıqların təfərrüatları barədə şərh verməkdən imtina ediblər.
Almaz Həsənli



















.jpg)


.jpg-1-1.jpg)

.jpg)

























































