Britaniya Müdafiə Naziri "Oreşnik" hücumundan çətinliklə xilas oldu

Britaniya Müdafiə Naziri "Oreşnik" hücumundan çətinliklə xilas oldu

10:02
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya Müdafiə Naziri John Healey Ukraynada Rusiyanın Oreşnik raketinin zərbəsindən çətinliklə xilas oldu. Bu barədə Britaniyanın The Sun qəzeti mənbəyə istinadən məlumat verib.

Qəzetin mənbəyinə görə, Healey "Oreşnik" raketi atıldıqda Lvov yaxınlığında "az qala özünü çətinliyə salmışdı".

Healey özü bildirib ki, qatarı raket təhlükəsi səbəbindən Kiyevə gedərkən təcili dayanacaq edib. O, yaxınlıqda hava hücumu sirenləri eşitdiyini izah edib.

12 yanvarda Britaniya Müdafiə Naziri John Healey-i daşıyan qatarın Rusiya hücumu səbəbindən Ukrayna paytaxtına gedərkən dayandırıldığı bildirilib.

Bundan əvvəl Britaniya "Oreshnik" layihəsi ilə bağlı Avropaya təhdid elan etmişdi.

Əziz Mustafa