Böyük Britaniya və Fransa sülh sazişi bağlandıqdan sonra Ukraynaya 15 minədək hərbçi göndərməyi planlaşdırır
“The Times” qəzeti mənbəyə istinadən xəbər verir ki, Böyük Britaniya və Fransa sülh sazişi bağlandıqdan sonra Ukraynanın təhlükəsizlik zəmanətlərini təmin etmək üçün hər biri 7500 hərbçi göndərməyi planlaşdırır.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın hərbi rəhbərliyi 10 min hərbçi göndərməyi təklif edib, lakin Müdafiə Nazirliyi bu planı Britaniya ordusunun hazırkı sayı (The Times qeyd edir ki, təxminən 71 min hazırlıqlı hərbçi) nəzərə alınmaqla "davamlı deyil" hesab edib.
Kontingentin digər hissəsini fransız hərbçiləri təşkil edəcək. Hazırda sülh sazişi bağlandıqdan sonra Ukraynaya hərbçi göndərməyə yalnız bu iki ölkə razılaşıb və qeyd olunur ki, nəzərdə tutulan kontingentin sayı "gözləniləndən xeyli azdır".
Qəzetin bir neçə mənbəsinin sözlərinə görə, hətta 15 min nəfərlik kontingent də "həddindən artıq optimist" görünür. “The Times”-ın hərbi mənbəsinin bildirdiyinə görə, Ukraynanın Avropadakı digər böyük müttəfiqi olan Almaniya, Ukraynaya yaxın ərazilərdə, ehtimal ki, Polşa və ya Rumıniyada qüvvələr yerləşdirməyə hazırdır.
Bununla belə, qəzetin Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən qeyd etdiyi kimi, Ukraynaya göndəriləcək qoşunların yekun sayı hələ razılaşdırılmayıb və onların yerləşdirilməsi atəşkəs şərtləri də daxil olmaqla bir çox amillərdən asılı olacaq.
Almaz Həsənli





.jpg)









.jpg)














































.jpg)
.jpg)
.jpg)
















