Pakistan və ABŞ Silahlı Qüvvələri birgə terrorizmə qarşı mübarizə təlimlərinə başlayıblar

Pakistan və ABŞ Silahlı Qüvvələri birgə terrorizmə qarşı mübarizə təlimlərinə başlayıblar

16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, iki həftəlik təlimlər Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Pabbi şəhərindəki Milli Terrorizmə Qarşı Mübarizə Mərkəzində keçirilir.

Pakistan və ABŞ Silahlı Qüvvələrinin bölmələri "İlhamlanmış Qambit 2026" adlı birgə terrorizmə qarşı mübarizə təlimlərinə başlayıblar. Bu barədə Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Mətbuat açıqlamasına görə, iki həftəlik təlimlər Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Pabbi şəhərindəki Milli Terrorizmə Qarşı Mübarizə Mərkəzində keçirilir.

Mətbuat açıqlamasına görə, təlimlərin məqsədi iki ölkənin silahlı qüvvələrinin bölmələrinin əməliyyat qarşılıqlı fəaliyyətini gücləndirmək və terrorizmə qarşı əməliyyatların aparılması sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd olunur ki, sıx şəhər yerlərində döyüş bacarıqlarının tətbiqinə xüsusi diqqət yetiriləcək.

Əziz MUSTAFA