Tramp gələcəkdə Ukraynanı müdafiə etməyə hazır olduğuna işarə etdi
ABŞ Prezidenti Donald Tramp Ukraynanın gələcək müdafiəsində ABŞ-ın iştirakına sadiq qalmağa hazır olduğunu bildirdi. Onun razılığı Rusiyanın bir daha hücum etməyə cəhd etməyəcəyinə əminliyindən irəli gəlir. Bu barədə RBC-Ukraine qəzeti onun The New York Times qəzetinə verdiyi müsahibəyə istinadən məlumat yayıb.
"Mən qəti şəkildə əminəm ki, onlar bir daha işğal etməyəcəklər, əks halda mən buna razı olmazdım", - deyə Tramp bildirib.
Məlum olduğu kimi, müharibənin sona çatması üçün danışıqların bir hissəsi olaraq, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ da daxil olmaqla Qərb ölkələrindən təhlükəsizlik zəmanətləri istəyir. O, sülh sazişi əldə ediləcəyi təqdirdə, onların ölkəni müdafiə etməyə kömək etmək öhdəliyini götürmələrini istəyir.
Nəşr həmçinin yazır ki, Trampın şərhləri əvvəlkindən daha irəli gedib və bununla da onun heç olmasa dəstək olaraq belə bir öhdəliyi imzalamağa hazır olduğunu nümayiş etdirib.
Xatırladaq ki, dünən Prezident Vladimir Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənədin mahiyyət etibarilə hazır olduğunu açıqlayıb. Növbəti addım onun ən yüksək səviyyədə yekunlaşdırılmasıdır.
Əziz MUSTAFA



















.jpg)


.jpg-1-1.jpg)

.jpg)

























































