Türkiyə terrorçularla mübarizədə Suriyaya dəstək verməyə hazırdır
Türkiyə Milli Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, Ankara terrorçu qruplaşmalarla mübarizədə Suriyanın səylərini dəstəkləyir və müvafiq tələb olarsa, yardım göstərməyə hazırdır. Oxuməni.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bununla yanaşı, müdafiə nazirliyi vurğulayıb ki, hazırda PKK/YPG terrorçularından ibarət olan SDF qruplaşmasına qarşı əməliyyat yalnız Suriya ordusunun qüvvələri tərəfindən həyata keçirilir.
Daha əvvəl Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bildirmişdi ki, Ankara "Hələbdəki hadisələri diqqətlə izləyir" və münaqişənin dayandırılmasına kömək etməyə hazırdır.
Qeyd edək ki, Suriyanın bu şəhəri hökumət qüvvələri və kürd birləşmələri arasında şiddətli döyüşlərlə əhatə olunub, bu da minlərlə dinc sakini evlərini tərk etməyə məcbur edib. KİV-in məlumatına görə, ABŞ vəziyyətin gərginliyini azaltmaq üçün vasitəçilik etməyə çalışır.
Suriya KİV-inin məlumatına görə, "SDF" adı altında fəaliyyət göstərən PKK/YPG yaraqlıları artıq üçüncü gündür ki, Hələbin yaşayış məhəllələrini atəşə tuturlar. Həftənin əvvəlindən bəri hücumlar nəticəsində azı altı nəfər həlak olub, daha 39 nəfər yaralanıb.
Ölkə ordusu artıq Əşrəfiyyə, Şeyx-Məqsud və Bani-Zeyd rayonlarında SDF mövqelərinə qarşı əməliyyatların başladığını elan edib.
Almaz Həsənli






.jpg)








.jpg)















































.jpg)
.jpg)
.jpg)















