Tramp Maduronu əfv etməyəcək
ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun əfv sənədini imzalamaq niyyətində deyil, bunu "The New York Times" (NYT) qəzeti xəbər verir.
Nəşr qeyd edir ki, Ağ Ev rəhbəri ilə müsahibə zamanı qəzet jurnalistləri ABŞ-da ittiham olunan bir sıra şəxslərin, o cümlədən Maduronun əfv edilməsi barədə soruşublar. "The New York Times" qeyd edir ki, Tramp ona deyilən şəxsləri əfv etmək niyyətində olmadığını "bildirib".
Yanvarın 3-də Venesuela Xarici İşlər Nazirliyinin başçısı İvan Hil Pinto bəyan edib ki, ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb. Venesuelada fövqəladə vəziyyət elan edilib. Tramp sonradan zərbələrin vurulduğunu təsdiqləyib və Maduronun həyat yoldaşı ilə birlikdə ölkədən aparıldığını elan edib. Onlar Nyu-Yorkun cənubundakı Bruklinin istintaq təcridxanasına aparılıb. Yanvarın 5-də Maduro və həyat yoldaşı Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsi qarşısına çıxarılıb. Amerika hakimiyyəti onları narkotik ticarətində iştirakda ittiham edir. İttiham olunanlar onlara qarşı irəli sürülən cinayətlərdə təqsirlərini etiraf etməyiblər.
Almaz Həsənli



















.jpg)


.jpg-1-1.jpg)

.jpg)

























































