Əfqanıstan hakimiyyəti özbək dilinin istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı məlumatları təkzib edir

Əfqanıstan hakimiyyəti özbək dilinin istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı məlumatları təkzib edir

8 Yanvar 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistan Xarici İşlər Nazirliyi ölkədə özbək dilinin istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı məlumatlardan sonra Əfqanıstan tərəfi ilə əlaqə saxlayıb. Əfqanıstan bu məlumatları təkzib edərək universitet və məktəblərin fasadlarındakı lövhələri standartlaşdırdığını bildirib. Lövhələr puştu, dari və ingilis dillərində, şimalda isə özbək dilində olacaq.

Bir neçə media orqanında və sosial mediada Əfqanıstanda özbək dilinin istifadəsinə məhdudiyyətlərin tətbiq olunduğu barədə məlumatlar yayılıb. Xarici İşlər Nazirliyinin sözçüsü Əhror Burxanovun sözlərinə görə, Özbəkistan Xarici İşlər Nazirliyi aydınlıq gətirmək üçün Əfqanıstan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda universitet və məktəblərin fasadlarındakı lövhələri standartlaşdırırlar. Ölkə daxilində lövhələr üç dildə - puştu, dari və ingilis dillərində olacaq. Lakin, şimal bölgələri, o cümlədən Samagan Universiteti üçün istisna edilib, burada lövhələr puştu, dari və özbək dillərində yerləşdiriləcək.

Bundan əlavə, Əfqanıstan hökuməti Cövzdan Dövlət Universitetində Özbək dili və ədəbiyyatı üzrə ilk magistr dərəcəsi proqramını açmağı planlaşdırır.

Əziz Mustafa