"Neftçi" "Kayrat"ı böyük hesabla məğlub etdi
"Neftçi" futbol klubu qış təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyununu keçirdi.
Oxuməni.az xəbər verir ki, rəqib Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı, altı oyunda 1 xal toplamış və finişə iki tur qalmış sonuncu, 36-cı yeri tutan Qazaxstanın "Kayrat" klubu idi.
Görüş 3:0 hesabı ilə başa çatdı.
"Neftçi"nin heyətində 67-ci dəqiqədə Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vinsent Aboubakar, həmçinin əlavə vaxtda (90+2) son nöqtəni qoyan Murad Məmmədov fərqləniblər.
"Kayrat" heyətini açıqlamamış və oyunun canlı yayımını həyata keçirməmişdi. "Kayrat" sosial şəbəkələrində bildirdi ki, BƏƏ-də "Neftçi" və "Varajdin" ilə keçiriləcək yoldaşlıq oyunları qapalı rejimdə olacaq.
Yuri Vernidubun yetirmələri növbəti oyununu 13 yanvarda "Piramids" klubu (Misir) ilə keçirəcəklər.
Almaz Həsənli



































.jpg)


.jpg-1-1.jpg)

.jpg)















































