ABŞ Senatı Trampın Konqresin təsdiqi olmadan Venesuelaya hücum etməsini qadağan edən qətnaməni nəzərdən keçirəcək
Associated Press-in məlumatına görə, 8 yanvarda Senat ABŞ prezidenti Donald Trampın Konqresin təsdiqi olmadan Venesuelada hərbi əməliyyat keçirməsini qadağan edən qətnaməyə səs verəcək. Səsvermə Virciniyadan olan Demokrat senator Tim Keyn tərəfindən təşəbbüs göstərilib.
AP-nin qeyd etdiyi kimi, ABŞ Karib dənizindəki gəmilərə qarşı təzyiqləri gücləndirdiyindən Demokrat Partiyası son aylarda oxşar qətnamələri qəbul edə bilməyib. Lakin ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra demokratlar hesab edirlər ki, keçid şansları artıb. "Konqresin bu hərbi əməliyyatları nəzarətə götürməsinin və onları gizlilikdən çıxarıb açıq vəziyyətə gətirməsinin vaxtıdır", - deyə Tim Keyn bildirib.
3 yanvar gecəsi ABŞ Karakasa hava hücumları təşkil etdi və sonradan Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edildi. Nyu-York məhkəməsində keçirilən dinləmədə onlar narkotik terrorizmi, ABŞ-a kokain qaçaqmalçılığı, qanunsuz silah saxlama və sui-qəsddə ittiham olunublar. Nikolas Maduro və Siliya Flores günahsız olduqlarını bildiriblər. Delsi Rodriges Venesuela prezidenti səlahiyyətlərini icra edən kimi andiçmə mərasimi keçirib.
Əziz Mustafa



















.jpg)


.jpg-1-1.jpg)

.jpg)

























































