Zelenski Kiprdə Aİ liderləri ilə görüşdü
Kiprə səfəri zamanı Ukrayna Prezidenti Volodymyr Zelenski Aİ Liderləri ilə görüşdü. Müzakirə mövzularından biri Avropa ölkələrindən Ukraynaya hərbi yardım idi.
Bu barədə Ukrayna Prezidenti Aparatının mətbuat xidməti məlumat verib.
Zelenski ilə görüşdə Kipr Prezidenti Nikos Xristodulides, Avropa Şurasının Prezidenti Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen iştirak ediblər.
Müzakirənin əsas mövzusu Kiprin Aİ Şurasına sədrliyinin prioritetləri olub. Xüsusilə, bunlara müdafiə yardımının gücləndirilməsi və Ukraynanın Avropa İttifaqı ilə üzvlük danışıqlarında irəliləyişlər daxil idi.
Zelenski Ukraynada sülhün əldə edilməsi səylərində iştirak etdiklərinə görə avropalı tərəfdaşlarına xüsusi təşəkkür etdi. O, Avropanın bu prosesdə əsas rol oynamalı olduğunu bildirdi.
Prezident Administrasiyası bildirib ki, "Aİ dövlətlərinin Ukraynaya müdafiə dəstəyinə, xüsusən də hava hücumundan müdafiənin, döyüş aviasiyasının və dron istehsalının gücləndirilməsinə xüsusi diqqət yetirildi. SAFE aləti çərçivəsində əməkdaşlıq da müzakirə edildi".
Əziz Mustafa






.jpg)







.jpg-1-1.jpg)

.jpg)















































.jpg)
.jpg)
.jpg)














