ABŞ 2025-ci ildə rekord sayda F-35 qırıcı təyyarəsi istehsal edib

ABŞ 2025-ci ildə rekord sayda F-35 qırıcı təyyarəsi istehsal edib

8 Yanvar 16:07
Bəyəndim (2) Bəyənmədim (0)

2025-ci ildə Amerika hərbi-sənaye şirkəti Lockheed Martin rekord sayda F-35 Lightning II qırıcı təyyarəsi istehsal edib. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Keçən il ümumilikdə 191 F-35 təyyarəsi təhvil verilib ki, bu da əvvəlki 142 ədədlik rekordu xeyli üstələyir.

Lockheed Martin şirkətindən vurğulanıb ki, F-35-in illik istehsalı hazırda Birləşmiş Ştatların silahlanmasında olan digər istənilən qırıcı təyyarənin buraxılış həcmini beş dəfə üstələyən templə aparılır.

Dekabrın 23-də ABŞ prezidenti Donald Tramp, Florida ştatındakı Mar-a-Lago iqamətgahında çıxışı zamanı beşinci nəsil F-35 qırıcı təyyarələrinin istehsalçılarını ABŞ-a və onun müttəfiqlərinə təyyarələrin çatdırılmasında yavaşlığa görə tənqid edib.

Almaz Həsənli