"Latsio" Braziliyanın "Korintians" klubunda oynayan Yuri Alberto üçün 24 milyon avro təklif edib
İtaliyanın "Latsio" klubu hazırda Braziliyanın "Korintians" klubunda oynayan "Zenitin keçmiş hücumçusu Yuri Alberto ilə ciddi maraqlanır. CNN Brasil-in məlumatına görə, Roma klubu hücumçunu bu qış əldə etmək niyyətindədir.
"Latsio" "Korintians"a rəsmi olaraq 24 milyon avro təklif edib. Transfer baş tutarsa, "Zenit" Sankt-Peterburq oyunçunun yenidən satış müqaviləsinin şərtlərinə əsasən bu məbləğin yarısını - 12 milyon avronu alacaq.
Yuri Alberto 2022-ci ildə "Zenit"də oynayıb (15 oyun, 6 qol). O, "Korintians"da 206 oyun keçirib, 76 qol vurub və 21 məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.
Əziz MUSTAFA
Digər xəbərlər




























































.jpg)


.jpg-1-1.jpg)

.jpg)






















