ABŞ Rusiyanın "kölgə donanması"nın beşinci tankerini ələ keçirib

ABŞ Rusiyanın "kölgə donanması"nın beşinci tankerini ələ keçirib

10 Yanvar 11:20
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ cümə axşamı günü Rusiyanın "kölgə donanması" ilə əlaqəli olduğu ehtimal edilən daha bir neft tankerini ələ keçirib. “Olina” adlı gəmi Trinidad yaxınlığında, Karib dənizində saxlanılıb və sonra Sahil Mühafizəsinin əməkdaşları gəmiyə daxil olublar. Oxuməni.az-ın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı əməliyyatın insidentsiz keçdiyini bildirib.
"Bu səhər birgə qurumlararası qüvvələrimiz bir daha aydın siqnal göndərdi - cinayətkarlar üçün təhlükəsiz sığınacaq yoxdur. Şəfəqlə keçirilən əməliyyat zamanı Birləşmiş Əməliyyat Qrupu "Cənub Nümayişi"nin (Southern Spear) dəniz piyadaları və dənizçiləri, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə USS Gerald R. Ford təyyarədaşıyıcısından çıxaraq, Karib dənizində “Olina” mühərrikli tankerini insidentsiz saxladılar", - Cənub Komandanlığının X sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Paylaşımda qeyd olunur ki, "bu cür saxlamalar ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum qrupunun bütün gücü ilə təmin edilir, o cümlədən dərhal istifadəyə hazır və yüksək zərbə qüvvəsinə malik USS Iwo Jima, USS San Antonio və USS Fort Lauderdale gəmiləri". "ABŞ Müdafiə Nazirliyinin "Cənub Nümayişi" əməliyyatı Qərb yarımkürəsində qanunsuz fəaliyyətin qarşısını almaq və təhlükəsizliyi bərpa etməklə ölkəni qorumaq missiyasında dəyişməz qalır", - paylaşımda vurğulanır.
“The Bell” nəşri yazır ki, “Olina” tankerinin qeydiyyat nömrəsi, 2025-ci ilin yanvarında ABŞ-ın sanksiyalarına məruz qalan və Rusiya neftinin Qərb məhdudiyyətlərini dolanaraq daşınması üçün istifadə olunan "kölgə donanması"nın bir hissəsi olan “Minerva M” tankerinin nömrəsi ilə üst-üstə düşür.
“Reuters” agentliyinin məlumatına görə, “Olina” Şərqi Timor bayrağı altında üzür. “Olina” -nın ələ keçirilməsi ABŞ-ın Venesueladan neft ixracında iştirak edən tankerləri təqib əməliyyatı çərçivəsində beşinci belə hadisədir. ABŞ hakimiyyətinin qiymətləndirməsinə görə, "kölgə donanması" gəmiləri Venesuelanın neft ixracının təxminən 70 faizini təşkil edir.


Almaz Həsənli