
Putin hərbi komissarlığa yaşayış yerini dəyişdiyi haqqında məlumat verməməyə görə cəriməni 20 min rubla qədər artırmaq haqqında qanunu imzalayıb
Rusiya prezidenti Vladimir Putin köçmək barədə hərbi komissarlığa məlumat vermədiyinə görə çağırışçıların cərimələrini əhəmiyyətli dərəcədə artıran qanunu imzalayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qanuna görə, belə bir cinayətə görə cərimə 10 - 20 min rubl (təxm.218-435 manat.-red.) arasında olacaq. Çağırışçılar (və ya gələcəkdə hərbi xidmətə çağırılacaq yuxarı sinif şagirdləri) yaşayış yerini dəyişdikdə, lakin yeni ünvanda qeydiyyatdan keçmədikdə və köçmə barədə hərbi komissarlığa məlumat vermədikdə təyin ediləcək.
Əvvəllər, hərbi qeydiyyat və hərbi xidmət idarəsinə köçmək barədə məlumat vermədiklərinə görə, mindən beş min rubla (təxm.22-109 manat.-red.) qədər cərimə edilə bilərdilər. Qanunun müəllifləri hesab ediblər ki, indiyədək qüvvədə olan cərimə “törədilən əmələ uyğun gəlmir”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə demək olar ki, 29 min nəfər köçmələri barədə hərbi komissarlığa məlumat vermədiyinə görə cərimələnib, daha 18 min nəfər isə xəbərdarlıq alıb.
Almaz Həsənli