Tramp Moskva və Pekini bombalamaqla hədələyib

Tramp Moskva və Pekini bombalamaqla hədələyib

15:41
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiya prezidenti Vladimir Putini Ukraynanı işğal edəcəyi təqdirdə “Moskvanı bombalayacağı ilə” hədələyib. “CNN” Trampın 2024-cü ildə donorları ilə görüşü zamanı verdiyi bəyanatın eksklüziv audio yazısını dərc edib.

Trampın sözləri keçən il, xüsusən də 2024-cü ilin mayında məlum olub, bu barədə “The Washington Post” yazıb, lakin audio əvvəllər ictimaiyyətə açıqlanmamışdı. “CNN” aydınlaşdırır ki, səs yazıları respublikaçıların Nyu York və Floridada donorlarla keçirdiyi görüşlərdə aparılıb. 2024-cü il ABŞ seçkiləri haqqında kitabın müəllifləri olan jurnalistlər Coş Dous, Tayler Peycer və İsaak Arnsdorf onlara giriş əldə ediblər.

Audioda Ağ Evin hazırkı rəhbəri Putinlə dialoqundan sitat gətirir. Xüsusilə, o, guya Kreml rəhbərinə deyib: "Əgər Ukraynaya girsən, mən lənətə gəlmiş Moskvanı bombalayacağam. Sənə deyirəm, seçimim qalmayacaq".

O, belə dedi: "Sənə inanmıram". Dedi: "Heç vaxt". Mən də ona: "Necə də inanacaqsan!". O yenə: "İnanmıram". Amma həqiqət odur ki, o mənə inandı... yaxşı, 10%. Mən sizə demişdim axı: o mənə 10% inandı", - Tramp deyib.

Onun sözlərinə görə, o, daha sonra Çin lideri Si Cinpinlə görüşüb və Tayvana hücum etmək qərarına gələrsə, Pekini də bombalayacağını vəd edib.

"O, mənim dəli olduğumu düşündü. "Pekin?" Dedi. Dedim: “Başqa seçimim yoxdur, səni bombalamalıyam, Pekini bombalayacağıq”. O da inanmırdı, amma təxminən 10 faiz inanırdı. Və 10 faiz lazım olan hər şeydir. Açığı, 5 faiz kifayət edərdi”, - deyə ABŞ prezidenti qeyd edib.

Nəşr yazır ki, Tramp Putin və Si ilə söhbətlərinə toxunaraq, Co Bayden yox,o prezident olsaydı, Ukrayna və Qəzzadakı münaqişələrin qarşısını alacağını iddia edib.

Almaz Həsənli