
Aİ 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyalar hazırlayır
Avropa İttifaqı müharibənin maliyyələşdirilməsini məhdudlaşdırmaq üçün 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyalar paketini hazırlayır. Yeni tədbirlər neft-qaz sektoruna və Rusiya Federasiyasının maliyyə sisteminə zərbə vurmalıdır.
Bu barəd Fransanın xarici işlər naziri Jan-Noel Barrot TF1 telekanalında verdiyi açıqlamada deyib. Belə ki, Avropa İttifaqı Rusiyanın müharibəni davam etdirmək imkanlarını mümkün qədər məhdudlaşdırmaq üçün ona qarşı yeni, rekord dərəcədə sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.
Barrotun sözlərinə görə, bu sanksiyalar paketi 2022-ci ildən bəri ən güclü sanksiyalar olacaq. Bu, birbaşa Kremlin maliyyə və enerji resurslarına zərbə vurmalıdır ki, bu da Putinə hərbi əməliyyatlar keçirməyə imkan verir. Fransa diplomatı vurğulayıb: Rusiya cəbhə xəttində irəliləmir, əksinə Ukrayna şəhərlərinə və mülki hədəflərə zərbələri gücləndirib və bu, çoxsaylı mülki əhalinin tələfatına səbəb olur.
Məhdudiyyətlərin bir neçə əsas sahəyə təsir edəcəyi gözlənilir:
Neft və qaz: xüsusilə, “Şimal axını 1” və “Şimal axını 2” vasitəsilə tranzaksiyalara qadağalar, Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsi, eləcə də məhdudiyyətlərdən yan keçməyə kömək edən tankerlərin “kölgə donanmasına” qarşı sanksiyalar.
Maliyyə: üçüncü ölkələr vasitəsilə də fəaliyyət göstərən 22 Rusiya bankı ilə əməliyyatlara tam qadağa, habelə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və onun törəmə şirkətləri üçün məhdudiyyətlər.
Barrot həmçinin vurğulayıb ki, sanksiyalar Rusiyaya əvvəlki məhdudiyyətlərdən yan keçməyə kömək edən xarici şirkətlərə və vasitəçilərə də təsir edə bilər.
Aİ ölkələri arasında yekun razılığın hələ əldə edilməməsinə baxmayaraq, avropalı diplomatlar yeni sanksiyalar paketinin Kremlin maliyyə axınına ciddi zərbə olacağına əmindirlər. Brüssel ümid edir ki, bu, Putini atəşkəsə razılaşmağa və danışıqlar masası arxasına oturmağa məcbur edəcək.
Bu, artıq 2022-ci ildə tammiqyaslı işğalın başlanmasından bəri Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketidir. O, Rusiya iqtisadiyyatına təzyiqi artırmalı və müharibəni davam etdirmək üçün resursları azaltmalıdır.
Xatırladaq ki, ABŞ Senatında bir müddətdir ki, Rusiyaya qarşı yeni sərt məhdudiyyətləri nəzərdə tutan qanun layihəsi var. Xüsusilə, Rusiya neftini və digər malları almağa davam edən istənilən dövlət üçün 500% tariflərin tətbiqini nəzərdə tutur. Senatorlar tərəfindən böyük dəstək var - 100 səsdən 84 səs.
Əziz Mustafa