Türkiyə və Azərbaycan Gürcüstan üzərindən təbii qaz tədarükü ilə bağlı yeni saziş imzalayıblar

Türkiyə və Azərbaycan Gürcüstan üzərindən təbii qaz tədarükü ilə bağlı yeni saziş imzalayıblar

7 Yanvar 15:59
Bəyəndim (3) Bəyənmədim (0)


Türkiyə və Azərbaycan Gürcüstan üzərindən təbii qazın nəqli barədə yeni razılaşmaya imza atıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Türkiyənin Energetika və Təbii Resurslar naziri Alparslan Bayraktar bildirib ki, tərəflər 33 milyard kubmetr həcmində təbii qazın tədarükünü nəzərdə tutan müqavilə imzalayıblar.
Müqaviləyə əsasən, Xəzər dənizində yerləşən Abşeron yatağından ildə 2,25 milyard kubmetr təbii qaz tədarük ediləcək və bu müddət 15 il davam edəcək.
Bayraktar əlavə edib ki, müqavilə 2029-cu ildə qüvvəyə minəcək və 2040-cı ilə qədər davam edəcək. Təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Türkiyəyə çatdırılacaq.
Almaz Həsənli