Paris Zirvəsi Bəyannaməsinin beş bəndi mediaya açıqlandı
"Könüllülər Koalisiyası"nın Paris zirvəsinin bəyannamə layihəsində ABŞ-ın hücum halında Avropa koalisiya qüvvələrini dəstəkləmək üçün mümkün öhdəliklərindən bəhs olunur.
Bu barədə RBC-Ukrayna Azadlıq Radiosuna istinadən məlumat verib.
Nəşrin məlumatına görə, sənəd atəşkəs qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınmasını nəzərdə tutur.
O, beş əsas komponentdən ibarət olacaq:
- ABŞ-ın rəhbərlik etdiyi atəşkəs monitorinqi və yoxlama mexanizmində iştirak;
- Ukrayna Silahlı Qüvvələrinə dəstək;
- Ukrayna üçün çoxmillətli qüvvə;
- Gələcək hücum halında öhdəliklər;
- Ukrayna ilə müdafiə əməkdaşlığını dərinləşdirmək öhdəlikləri.
Bəyannamə layihəsinə əsasən, atəşkəs monitorinqi beynəlxalq tərəfdaşların və "Könüllülər Koalisiyası" ölkələrinin iştirakı ilə aparılacaq. Potensial pozuntulara cavab vermək və gələcək tədbirləri müəyyən etmək üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır.
Əziz Mustafa
Digər xəbərlər



























.jpg)
.jpg)
.jpg)






















.jpg)
.jpg)
.jpg)


























