LEGO Mixael Şumaxer fiquru ilə "Ferrari" F2004 bolidini buraxacaq

LEGO Mixael Şumaxer fiquru ilə "Ferrari" F2004 bolidini buraxacaq

7 Yanvar 13:23
Bəyəndim (3) Bəyənmədim (0)


LEGO şirkəti 1 mart 2026-cı ildə satışa çıxarılacaq yeni LEGO Icons 11375 Ferrari & Michael Schumacher dəstini hazırlayır. Oxuməni.az xəbər verir ki, bu barədə “Bricks Up” məlumat yayıb.
Model böyüklər üçün nəzərdə tutulub. O, 735 hissədən ibarətdir. Dəstə əfsanəvi pilot Mixael Şumaxer fiquru daxil olacaq və qiyməti 89,99 dollar (152,98 manat-red.) olacaq.
Dəst, Formula 1 avtomobillərinə həsr olunmuş LEGO Icons seriyasını davam etdirir: əvvəllər McLaren F1 MP4/4 & Ayrton Senna (2024) və Williams Racing FW14B & Nigel Mansell (2025) buraxılmışdı. Hansı "Ferrari" bolidinin (F1-2000, F2002 və ya F2004) təsvir olunacağı barədə təfərrüatlar hələlik açıqlanmayıb. “Brick Built Blogs” sosial media hesabında bildirilir ki, söhbət "Ferrari" F2004-dən gedir.
Modelin özünəməxsus qırmızı rəngdə olacağı və tənzimlənən stend və əfsanəvi italyan bolidi haqqında məlumat lövhəsi ilə təchiz olunacağı gözlənilir.
Almaz Həsənli