Moskvanı təhdid edən Belçika müdafiə naziri 1500 nəfərin orduya çağırıldığını açıqladı
Belçika müdafiə naziri Teo Franken sosial media platforması X-də könüllü hərbi çağırış kampaniyasının gedişatı barədə məlumat verdi.
Rəsmi məlumata görə, bir illik hərbi xidmətə 1566 nəfər qeydiyyatdan keçib ki, bunların 19%-i qadındır. Yazıda könüllülər arasında 578 fransızdilli və 988 hollanddilli vətəndaşın olduğu aydınlaşdırılıb.
Ötən payızda "De Morgen" qəzetinə verdiyi müsahibədə Franken bildirib ki, Rusiya Brüsselə raket atsa, Moskva "yer üzündən silinəcək". Nazir daha sonra Rusiya paytaxtını təhdid etmədiyini və sözlərinin səhv başa düşüldüyünü və təhrif olunduğunu iddia etdi.
RTBF-ə verdiyi yeni müsahibədə siyasətçi qeyd edib ki, Belçikanın "De Morgen" qəzeti onun sözlərini "pis, səhv və ədalətsiz şəkildə" başqa cür ifadə edib və bu da diplomatik mübahisəyə səbəb olub. Franken vurğulayıb ki, o, "NATO-nun fundamental prinsipi"ndən danışır və bunu belə ifadə edib: "Bizə hücum edildikdə, dərhal bizə hücum edənlərə cavab zərbəsi endiririk".
Əziz Mustafa

















































.jpg)
.jpg)
.jpg)




























