Politico: ABŞ-ın əsas öhdəlikləri Ukrayna üzrə bəyannamədən çıxarıldı
Dünən Parisdə imzalanan Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsi ilkin layihə ilə müqayisədə əhəmiyyətli dərəcədə ixtisar edilib. ABŞ-ın iştirakı ilə bağlı bir sıra müddəalar son versiyadan çıxarılıb. Bu barədə Oxuməni.az “Politico”-nun məlumatına istinadla xəbər verir.
Sənəddə Vaşinqtonun atəşkəs rejiminə nəzarət və yoxlama mexanizmində yalnız yardım etməsi nəzərdə tutulur. Eyni zamanda, yekun mətndə ABŞ-ın "həvəsləndirməni təmin etmək" üçün lazım olan çoxtərəfli kontingentdə iştirakından bəhs edilmir. Həmçinin, ABŞ-ın "bu çoxtərəfli qüvvələrə hücum olunduğu təqdirdə dəstək vermək və kəşfiyyat və logistika ilə kömək etmək" öhdəliyini götürəcəyi müddəası da çıxarılıb. İmzalanan razılaşmada Ukrayna ilə "istəklilər koalisiyası"nın uzunmüddətli hərbi əməkdaşlığı, Ukrayna Silahlı Qüvvələrinin bərpası və Kiyev üçün silah tədarükünün maliyyələşdirilməsi də daxil olmaqla beş maddə qalıb.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, çoxtərəfli qüvvələr yerləşdiriləcəyi təqdirdə Ukraynanın qərbində, döyüş xəttindən uzaqda yerləşdiriləcək. Lakin bu yanaşma danışıqların bütün iştirakçıları tərəfindən dəstəklənməyib: Almaniya kansleri Fridrix Merz bildirib ki, alman bölmələri yalnız alyansın qonşu üzv ölkələrinin ərazisində ola bilər, Böyük Britaniyanın Baş naziri Kir Starmer isə London və Parisin Ukrayna ərazisində hərbi bazalar yaratmaq planları barədə məlumat verib.
Almaz Həsənli


















































.jpg)
.jpg)
.jpg)



























