
"Neftçi" Ramil Şeydayevlə yollarını ayırdı?
Bakının “Neftçi” klubunun baş məşqçisi Samir Abasov 29 yaşlı hücumçu Ramil Şeydayevin ayrılması təşəbbüsü ilə çıxış edib.
Oxuməni.az xəbər verir ki, “Football-plus.az”ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi hücumusuyla qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Onunla müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə vaxtından əvvəl xitam verilib.
Xatırladaq ki, Ramil ötən ilin yayından “Neftçi”nin şərəfini qoruyurdu. Rəsmi olmayan məlumata görə, onun “ağ-qaralar”dan aldığı illik məvacib 550 min dollar idi.
Oxuməni.az
Digər xəbərlər