ABŞ Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir

ABŞ Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir

10:21
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir. Oxuməni.az xəbər verir ki, o, bunu prezident Donald Trampın iştirakı ilə ABŞ Nazirlər Kabinetinin iclasında deyib.

"Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında nəhayət, tezliklə sülh sazişi imzalanacaq... Və cəmi altı ay ərzində. Bu, sizin liderliyinizin böyük bir sübutudur" - Marko Rubio bildirib.

Sülh müqaviləsinin mətni üzərində iş 2022-ci ilin martında, Azərbaycan beş bənddən ibarət təkliflərini Ermənistana təqdim etdikdən sonra başlayıb. Sonra İrəvan öz təklif və iradlarını göndərib. Üç il ərzində tərəflər bir-birinə 10-dan çox təklif paketi göndəriblər. Nəticədə, 13 mart 2025-ci ildə tərəflər bütün sənəd üzərində razılığa gəldiklərini elan etdilər.

Almaz Həsənli