
Nepalın şimalında daşqınlar nəticəsində 18 nəfər itkin düşüb
Nepalın şimalında aramsız yağan daşqınlar nəticəsində çərşənbə axşamı səhər saatlarında ən azı 18 nəfərin itkin düşdüyünü bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyinə Rasuva rayon polis müfəttişi Krişna Dhital məlumat verib.
O bildirib ki, mövcud məlumata görə, Rasuvaqadhi sərhəd məntəqəsində daşqınlar nəticəsində ən azı 18 nəfər itkin düşüb. İtkin düşənlərin əksəriyyəti sərhəd yaxınlığında yerləşən quru limanın işçiləridir.
Dhitalın sözlərinə görə, su sərhəd məntəqəsindəki körpünü yuyub və park edilmiş bir neçə elektrik avtomobilini aparıb.
Nepal hər il musson yağışlarından əziyyət çəkir.
Almaz Həsənli
Digər xəbərlər