Slovakiya yenidən Aİ-nin Rusiyaya qarşı sanksiyalarının qarşısını alıb

Slovakiya yenidən Aİ-nin Rusiyaya qarşı sanksiyalarının qarşısını alıb

10 İyul 08:53
Bəyəndim (2) Bəyənmədim (0)

Slovakiya yenidən Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olub. Bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Agentliyin Aİ-dəki diplomatik mənbələrindən verilən məlumata görə, paketlə bağlı kompromis yaxın günlərdə tapıla bilər.

İyulun 5-də agentlik Slovakiyanın Aİ-nin Rusiyaya qarşı daha bir sanksiyalar paketinin qarşısını aldığını bildirib. Baş nazir Robert Fikonun sözlərinə görə, Aİ-nin yeni planı Slovakiya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Xatırladaq ki, RePowerEU planı 2028-ci il yanvarın 1-dən Aİ-yə üzv ölkələr üçün Rusiya təbii qazından tamamilə imtina etməyi nəzərdə tutur.

Fico-nun sözlərinə görə, Slovakiya Rusiyadan bütün qaz tədarükü dayandırıldıqdan sonra onu kimin və necə qoruyacağı və dəymiş ziyanı kompensasiya edəcəyi ilə bağlı suallara cavab almayana qədər bu sanksiyaları dəstəkləməyəcək.

Bundan əvvəl respublikanın baş naziri bəyan etmişdi ki, Rusiyadan Avropa İttifaqına qaz idxalı dayandırılarsa, Slovakiya bütün digər ölkələrdən daha çox zərər görəcək. O, Aİ-nin Rusiya qazından mümkün imtinasını “dizdən vurulan güllə” adlandırıb və bu qərarı ideoloji baxımdan zərərli kimi qiymətləndirib.

Bundan əvvəl Estoniya Rusiyaya qarşı yeni sanksiyalar paketinin qarşısını almaqla hədələyib.

Əziz Mustafa