Trampa görə Kubada humanitar böhran yarana bilər

Trampa görə Kubada humanitar böhran yarana bilər

15:14
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın ölkəni həyati əhəmiyyətli maliyyələşdirmə və yanacaqdan məhrum etmək planları səbəbindən Kuba humanitar böhran və hökumətin çöküşü təhlükəsi ilə üz-üzə qala bilər.
Bu barədə diplomatlara istinadən “Bloomberg” xəbər verib. Qeyd olunur ki, Avropa və Kuba diplomatları da gələcək perspektivlər barədə eyni fikirdədirlər. Kubanı limanların fəaliyyətinin dayandırılmasına və ərzaq qıtlığına səbəb olacaq dərin enerji böhranı gözləyir.
Agentlik iddia edir ki, ölkə artıq fəlakət astanasındadır, bu səbəbdən Kuba hökuməti çökə bilər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Havanaya qarşı yeni təhdidlərə keçərək, Kubaya Venesueladan neft və pul vəsaitlərinin daxil olmayacağını bildirmişdi.
Sonradan Ağ Ev rəhbəri ABŞ dövlət katibi Marko Rubionun Kubanın prezidenti təyin olunması ideyasını dəstəkləyərək, onu "əla" adlandırmışdı.
Almaz Həsənli