Cənubi Koreya prokurorları keçmiş prezidentə ölüm cəzası tələb ediblər

Cənubi Koreya prokurorları keçmiş prezidentə ölüm cəzası tələb ediblər

08:00
Bəyəndim (1) Bəyənmədim (0)

Yonhap və Reuters agentliyinin məlumatına görə, Cənubi Koreya prokurorları 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar çevriliş hazırlamaqda ittiham olunan keçmiş prezident Yun Sok Yel üçün ölüm cəzası tələb ediblər. Reuters qeyd edir ki, ölkə bir neçə onillikdir ki, ölüm hökmlərini icra etmir.

Xüsusi prokurorluq qrupu 13 yanvarda Seul Mərkəzi Rayon Məhkəməsində Yun Sok Yel işi üzrə yekun dinləmə zamanı ölüm cəzası tələb edib.

Xüsusi prokuror bildirib ki, müstəntiqlər Yun Sok Yel və keçmiş müdafiə naziri Kim Yonq Hyun tərəfindən keçmiş prezidenti hakimiyyətdə saxlamaq üçün hazırlandığı iddia edilən bir planın mövcudluğunu təsdiqləyiblər.

65 yaşlı Yun Sok Yel ittihamları rədd edir. O, dövlət başçısı kimi hərbi vəziyyət elan etmək səlahiyyətinə malik olduğunu və müxalifət partiyalarının hökumətin işinə mane olduğu üçün bu addımı atdığını iddia edir.

Seul məhkəməsinin bu işlə bağlı fevral ayında qərar çıxaracağı gözlənilir.

Yun Sok Yel hərbi vəziyyət elan etmək cəhdi ilə bağlı daha üç məhkəmə işində də iştirak edir. 2025-ci ilin dekabr ayının sonlarında prokurorlar ədalət mühakiməsinə mane olmaq ittihamları ilə keçmiş prezidentə 10 il həbs cəzası istəyiblər.

2024-cü ilin dekabr ayının əvvəlində Yun Sok Yel ölkəni "kommunist qüvvələrindən" qorumaq üçün Cənubi Koreyada hərbi vəziyyət elan etdi və müxalifəti "dövlət əleyhinə fəaliyyətdə" ittiham etdi. Fərman parlament tərəfindən ləğv edildi. Daha sonra deputatlar Yun Sok-yulun impiçmenti üçün səs verdilər və Konstitusiya Məhkəməsi aprel ayında onu qüvvədə saxladı.

2025-ci ilin iyun ayında Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirildi və seçkilərdə müxalifət Demokrat Partiyasının lideri Li Ce Myonq qalib gəldi.

Əziz Mustafa