Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana zərbə endirməkdən çəkinməyə çağırır

Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana zərbə endirməkdən çəkinməyə çağırır

11:14
Bəyəndim (2) Bəyənmədim (0)


“The Wall Street Journal” qəzetinin 13 yanvarda Fars körfəzi rəsmilərinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətləri ABŞ hökumətindən Tehrana zərbə endirməkdən çəkinməyi xahiş ediblər.
ABŞ-ın İrana zərbələrə hazır olmalı olduğu barədə xəbərdarlıq etməsindən sonra ölkələr bu açıqlamanı Vaşinqtona veriblər.
WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər nümayəndələri Ağ Evə bildiriblər ki, İran rejimini devirmək cəhdi neft bazarlarında qarışıqlığa səbəb olacaq və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcək. Ölkələr İrana zərbələrin Hörmüz boğazından neft tankerlərinin hərəkətini poza biləcəyindən qorxurlar.
Nəşrin mənbələrinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri Tehrana potensial münaqişədə iştirak etməyəcəklərinə və ABŞ-ın İrana zərbə endirmək üçün hava məkanından istifadə etməsinə icazə verməyəcəklərinə zəmanət veriblər. Səudiyyə Ərəbistanı, Oman və Qətər hakimiyyəti jurnalistlərin şərh istəklərinə cavab verməyib.
Almaz Həsənli