Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi təyin edilib
Portuqaliyalı menecer Ruben Amorimin işdən çıxarılmasından bir həftə sonra "Mançester Yunayted" öz varisini seçib. Klubun mətbuat xidmətinin məlumatına görə, 44 yaşlı ingilis, klubun tanınmış simalarından biri olan Maykl Kerrik böhran içində olan komandaya rəhbərlik edəcək. Bu barədə "Mançester Yunayted"in mətbuat xidməti məlumat verib.
Oyunçu kimi o, "Old Trafford"da 12 mövsüm keçirib, bütün böyük kubokları qazanıb və təqaüdə çıxdıqdan sonra üç ildən çox "Yunayted"də qalıb. Kerrik cari mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.
Hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 32 xalla yeddinci yerdədir.
Almaz Həsənli
Digər xəbərlər































.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)











.jpg)











































