Yapon mediası: Çin ordusu Tayvana desant çıxarma təlimləri keçirir
Çin ordusu 2025-ci ilin yayında mülki bərələrdən və nəqliyyat vasitələrindən istifadə edərək desant çıxarma təlimləri keçirib. Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi günü “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Qəzet peyk şəkillərinin təhlilinə əsaslanaraq, Pekinin Tayvana potensial işğala hazırlaşdığını vurğulayıb.
Qəzet geolokasiya və peyk məlumatlarına istinad edərək, Çinin Quandon əyaləti sahillərində gəmilər aşkar edib. 16 iyul tarixinə aid şəkillərdə Ro-Ro tipli, yəni öz mühərriki ilə hərəkət edən yüklərin daşınması üçün uyğunlaşdırılmış bir gəmi görünüb. Bu gəminin arxasında isə böyük ehtimalla amfibiya nəqliyyat vasitələri olan 11 gəmidən ibarət bir qrup yerləşib.
Gəmi, təxminən 137 metr uzunluğunda və 16.000 tondan çox su tutumu olan "Putuodao" adlı sərnişin-yük bərəsi kimi müəyyən edilib. Bu bərə hər gün Sarı dənizdəki Bohai körfəzində hərəkət edir.
“Sasakawa Sülh Fondu”nun təhlil mərkəzinin təhlükəsizlik eksperti Bonji Ohara qəzetdə dərc olunan qiymətləndirməsində bildirib ki, "Bu, Ro-Ro gəmilərindən açıq dənizdə desant maşınlarının endirilməsi və ya yüklənməsini əhatə edən təlimlərin keçirilməsi imkanını yaradır ki, bu da desant əməliyyatının həyata keçirilməsi məqsədi daşıyır."
“Yomiuri Shimbun” qəzeti qeyd edib ki, hərbi və mülki potensialın birləşdirilməsi ordunun desant donanmasındakı çatışmazlığı aradan qaldırmaq və müdafiəçilər tərəfindən proqnozlaşdırılması çətin olan yerlərdə hücum etmək imkanı vermək məqsədi daşıyır.
Yapon hökumətinin rəsmilərindən biri anonim olaraq etiraf edib ki, "Çin dəniz qüvvələrinin yerləşdirilməsi imkanlarını gücləndirməyə diqqət yetirir və Yaponiya bu fəaliyyəti diqqətlə izləyir."
Pekindəki kommunist hakimiyyəti, demokratik yolla idarə olunan Tayvanı üsyankar bir əyalət və öz ərazisinin ayrılmaz hissəsi hesab edir. Çin heç vaxt adanı ələ keçirmək üçün güc tətbiq etməkdən imtina etməyib və son illərdə Tayvan boğazı ərazisində hərbi təzyiqini əhəmiyyətli dərəcədə artırıb.
Almaz Həsənli
































































.jpg)


.jpg-1-1.jpg)

.jpg)











