Yens-Frederik Nilsen: Qrenlandiya ABŞ-ı yox, Danimarkanı seçir
Qrenlandiya Danimarka, Aİ və NATO ilə ittifaq seçir və ABŞ-a qoşulmağı düşünmür. Bloomberg-in məlumatına görə, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bunu bildirib.
Onun açıqlaması Danimarka və Qrenlandiya nazirləri arasında ABŞ Dövlət Katibi Marko Rubio və ABŞ Vitse-prezidenti J.D. Vance ilə Vaşinqtonda planlaşdırılan görüşdən əvvəl verilib. O, artan geosiyasi böhran fonunda Qrenlandiyanın krallığın bir hissəsi olaraq qalmağa və Avropa və NATO təhlükəsizlik mexanizmlərinə etibar etməyə üstünlük verdiyini vurğulayıb.
"Əgər burada və indi ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçirik." "Biz bu gün tanıdığımız, Danimarka Krallığının bir hissəsi olan Qrenlandiyanı seçirik", - Nilsen bildirib. O əlavə etdi ki, Qrenlandiya satılmır və onun gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir.
Danimarkanın Baş naziri Mette Frederiksen öz növbəsində Kopenhagenin ən yaxın müttəfiqi tərəfindən "qəbuledilməz təzyiq" ilə üzləşdiyini bildirdi. O, vurğuladı ki, söhbət əsas prinsiplərin - sərhədlərin zorla dəyişdirilməsinin və ya başqa bir xalqı "satın almağın" yolverilməzliyinin, eləcə də kiçik ölkələrin böyük dövlətlərdən qorxmamaq hüququnun müdafiəsindən gedir.
Ağ Evin mətbuat katibi Kerolin Levitt 7 yanvarda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik qrupu ilə Qrenlandiyanın mümkün satın alınmasını müzakirə etdiyini açıqladı. O, Vaşinqtonun Arktika üzərində nəzarətini gücləndirmək və Rusiya və Çini çəkindirmək üçün adada maraqlı olduğunu bildirdi.
12 yanvarda ABŞ konqresmeni Rendi Fayn Qrenlandiyanın ilhaq edilməsi və ona dövlət statusu verilməsi barədə qanun layihəsi təqdim etdi. O, bu təşəbbüsü ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün zəruri tədbir adlandırdı.
Əziz Mustafa

















.jpg-1-1.jpg)
.jpg-2-2.jpg)
.jpg-1-1.jpg)












.jpg)

















































